06 Apr 2017
Getmantseva Elena İvanovna

Ali dərəcəli nevropatoloq,Ukrayna klinikasının aparıcı həkimi Getmantseva Elena İvanovna aprel ayinın 17-dən aprel ayinın 22-nə kimi "Health Baku Medical Center"-də bütün baş və onurğa beyin problemləri üzrə konsultativ müayinələr keçirəcək:

• Parkinson
• Epilepsiya
• Insult
• Perinatal zədələnməsi
• Psixi nitqin tempinin ləngiməsi
• Enurez (gecə sidiyə getmə)
• Kəkələmə
• Baş agrısı
• Tiklər
• Natal dövrdə onurğa sütununun zədələri



Həkimin qəbuluna öncədən yazilmaq lazımdı.
Hər hansı bir sualınız yaransa zəng edin.


Tel.:
(012)564 20 88
(012)564 30 88
(012)564 46 88
(012)564 47 88
Mob.:
(055)207 21 26
(050)207 21 26
(070)207 21 26


Ünvan:
Azərbaycan,Bakı şəh., Yahya Bakuvi küç.,48. ...
02 Feb 2016
Головко Наталья Андреевна

 Врач высшей категории, начальник медициского отделения Харьковской городской клинической больницы №30 (ЛОР больница), кандидат медицинских наук.

Занимается лечением больных с заболеваниями и расстройствами уха, носа, горла (таких, как гайморит, синусит, отит) и связанных с ними областей головы и шеи.

С 08-13 февраля проводит консультативные приемы в HEALTH BAKU MEDICAL CENTER.

...
02 Feb 2016
Самусенко Сергей Александрович

Сергей Александрович Самусенко – выпускник Харьковского Государственного медицинского Университета (1992), отоларинголог, пластический хирург, врач высшей квалификационной категории. Окончил ординатуру по общей хирургии, после чего стажировался и обучался в ведущих российских и европейских клиниках. С 1998 года – действительный член Всеукраинской ассоциации пластических, реконструктивных и эстетических хирургов (ВАПРЕХ). Постоянный участник тематических международных конгрессов, конференций и сим...

23 Dec 2015

Kozines Mixail İvanoviç (cərrah-oftalmoloq) Ukrayna klinikasının aparıcı həkimi 10 yanvar  2016 ildən etibarən "HEALTH BAKU MEDİCAL CENTER"-də konsultativ müayinələr keçirəcək.

Cərrahi müalicə

  • Kataraktanın (ağırlaşmış billurun yarımçıxıq və çıxılı astiqmatizm refraksion cərrahi müayinəsi)
  • Qlaukoma (neovaskulyar qlaukoma)
  • Makulopatiyanın odemli forması
  • Diabetik retinopatiya
  • Gözün dəlib keçən yaralanması
  • Rekonstruktiv əməliyyatla
  • Travmatik katarakta
  • Tor qişanın qopması
  •  

 

 

     

    Xoxlova Alla Dmitriyevna

    Ali dərəcəli nevropotoloq

    Ukrayna klinikasının aparıcı həkimi yanvar ayının 10- dan "HEALTH BAKU MEDİCAL CENTER"- də bütün baş və onurğa beyin problemləri üzrə konsultativ müayinələr keçirəcək.

    • Epilepsiya
    • Uşaq serebral iflici
    • perinatal zədələnməsi
    • Psixi nitqin tempinin ləngiməsi
    • Enurez (gecə sidiyə getmə)
    • Kəkələmə
    • Baş agrısı
    • Tiklər
    • Natal dövrdə onurğa sütununun zədələri

     

    ...
15 Aug 2015

Kozines Mixail İvanoviç (cərrah-oftalmoloq) Ukrayna klinikasının aparıcı həkimi avqustun 19-30-dan etibarən "HEALTH BAKU MEDİCAL CENTER"-də konsultativ müayinələr keçirəcək.

Cərrahi müalicə

  • Kataraktanın (ağırlaşmış billurun yarımçıxıq və çıxılı astiqmatizmi refraksion cərrahi müayinəsi)
  • Qlaukoma (neovaskulyar qlaukoma)
  • Makulopatiyanın odemli forması
  • Diabetik retinopatiya
  • Gözün dəlib keçən yaralanması
  • Rekonstruktiv əməliyyatlar
  • Travmatik katarakta
  • Aniridiya – quzehli qişanın olmaması, quzehli qişa büllur diafraqmasının inplantasiyası
  • Keratokonusunun, buynuzqişa bulanmasının və çapıqının əməliyyatı (keratoplastika – buynuz qişa köçürülməsi)
  • Tor qişanın qopması
  • Çəpg&oum...
15 Aug 2015

Poxodenko Natalya Petrovna (uşaq nevropatoloqu) Ukrayna klinikasının aparıcı həkimi avqustun 19-30-dan etibarən "HEALTH BAKU MEDİCAL CENTER"-də uşaqlar üçün bütün baş və onurğa beyin problemləri üzrə konsultativ müayinələr keçirəcək.

  • Epilepsiya
  • Uşaq serebral iflici
  • Südəmər uşaqların sinir sistemlərinin perinatal zədələnməsi
  • Psixi nitqin tempinin ləngiməsi
  • Enurez (gecə sidiyə getmə)
  • Kəkələmə
  • Baş agrisi
  • Tiklər
  • Natal dövrdə onurğa sütununun zədələri

 

...
27 May 2015

    ƏHALİNİN NƏZƏRİNƏ!

“HEALTH BAKU MEDİCAL CENTER”

   müdiriyyəti nəzərinizə çatdırır ki, “ 1 iyun - uşaqların

ümumdünya müdafiyəsi günü” münasibəti ilə növbəti

dəfə xeyriyyə günü keçirdilir.

 

     Həkimin qəbulu pulsuzdur. Sizləri uşaqlarınızla bu

xeyriyyə aksiyasında iştirak etməyə dəvət  edirik.

Əlavə məlumat üçün aşağıdakı telefonlara zəng

edə bilərsiniz.

(012) 564 20 88

(012) 564 30 8

                                          &nb...

08 Jan 2015

16-17-18 yanvar tarixlərində İsraildən dəvət olunmuş professor həkim - terapevt Roman Barak, nevropatoloq Klara Barker, oftolmoloq Çaykovski İrina-nın müayinələri “Health Baku Medical Center” Klinikasında həyata keçiriləcək.

...
07 Jan 2015
...
05 Jan 2015
Qalxanvari vəzi üçün xeyirli olan qidalar

Qalxanvari vəzi orqanizmin normal fəaliyyəti üçün çox vacib olan hormonları ifraz edir.

Bu hormonlar orqanizmin, demək olar, bütün orqan və sistemlərinə (sinir, ürək-damar, cinsiyyət, immun sistemləri, qara ciyər və s.) təsir edir. Məhz bu səbəbdən qalxanvari vəzi "orqanizmin dirijoru" adlandırırlar.

Qalxanvari vəzi hormonlarının istehsalı üçün orqanizmə mütləq yod mikroelementi lazımdır. Qalxanvari vəzi hüceyrələri qandan yod molekullarını tutur və öz hormonlarının istehsalında istifadə edir.

Yod orqanizmdə yığılmır. Orqanizmə hər gün yod daxil olunmalıdır. Bu mikroelement bir çox qida məhsullarında var. Yod elementi ilə bu qida məhsulları xüsusilə zəngindir:

- bütün dəniz məhsulları (balıq, krevet, kalmar, dəniz yosunları),

- meyvələr - feyxoa, xurma, banan, alma, qara qarağat, ərik, portağal, çiyələk,

- tərəvəzlər - lobya, kələm...

29 Dec 2014
...
26 Dec 2014
Mixək təbii sakitləşdirici vasitə

Mixek çox zəngin kimyəvi tərkibinə malikdir. Onun tərkibində B qrupu vitaminləri (В1, В2,В3 или РР, В4, В6, В9), A, C, E, K vitaminləri, qiymətli efir yağları var.

Bundan əlavə mixək bu kimi mikro- və makroelementlərlə də zəngindir: kalium, kalsium, mis, fosfor, dəmir, selen, sink, maqnezium və s.

Bu zəngin tərkibinə görə mixek bütün insan orqanizminə çox müsbət təsir edir. Mixək antiseptik və bakteriyalar əleyhinə, ağrısızlaşdıran, yarasağaldan təsirinə malikdir.

Mixək qadınların cinsiyyət sisteminə çox müsbət təsir edir, menstrual funksiyasını tənzimləyir.

Mixək bütün mədə-bağırsaq sisteminə də çox yaxşı təsir edir. Belə ki, mixək həzm şirələrinin ifrazını artırır, iştahanı artırır, həzm prosesləri tənzimləyir. Bu ədviyyat kolit, bağırsaq köpü, diareya (ishal) müalicəsi zamanı geniş istifadə olunur.

Lakin mədə və 12 barm...

26 Dec 2014
...
23 Dec 2014
Anoreksiya

Anoreksiya nevrosa – xüsusilə gənc qadınlarda rast gəlinən, yeməkdən imtina, yuxuya ehtiyacın azalması, buna baxmayaraq patoloji hiperaktivlik kimi əlamətlərlə xarakterizə olunan psixonevrogen bir pozulmadır.

Xəstəlik əsasən yeniyetməlik dövründə, çox nadir hallarda isə orta yaşlarda başlayır. Belə xəstələr öz bədən quruluşlarından məmnun olmur, kökəlməkdən çox qorxur və əslində belə olmasa da çox kök olduqlarını düşünürlər. Başlanğıcda arıqlamaq üçün müxtəlif pəhrizlər tutur, sonralar iştahları itir və həzmi pozulur, həddən artıq arıqlamağa başlayırlar.

Hal hazırda anoreksiyaya artıq təkcə qadınlarda deyil, kişilərdə də rast gəlinir. 

Anoreksiyaya səbəb olan amillər arasında sosial faktorlar əsas yer tutur. Insanların beyninə oturan “Arıqsansa yaxşı görünürsən” fikri xəstəliyin son illərdə bu qədər vüsətlə yayılmağına səbəb ol...

22 Dec 2014
Əllərin dərisinə qulluq edilməsi

Üz dərisinin çatışmazlıqlarını makiyajla, bədən quruluşunun çatışmazlıqlarını düzgün seçilmiş geyimlə gizlətmək olar. Yalnız qulluq olunmayan əlləri heç cür gizlətmək olmaz.

Əllərin dərisində qoruyucu hidrolipid qatı çox azdır, buna görə də onlar daha tez qocalır. Əllərin dərisini soyuqdan, isti su və məişət kimyasının təsirindən qoruyun! Soyuq havada mütləq əlcək geyin. Həmçinin, istənilən ev işlərini görərkən isti su və yuyucu vasitələrdən istifadə edirsinizsə, mütləq rezin əlcək geyinmək lazımdır. Əlcəklər yüksək keyfiyyətli və ölçüsü isə sizə tam şəkildə uyğun olmalıdır.

Əlcəkləri geyməzdən əvvəl əllərinizi yaxşıca yuyun, qurudun və üzərinə talk (“prisıpka”) səpin. İşinizi bitirdikdən sonra əlcəklərin içəri və bayır tərəflərini yaxşıca yuyun və qurudun. Əllərinizi ilıq su ilə yuyun, qurudun və onlara qidalandırı...

18 Dec 2014
İsraildən dəvət olunmuş Professor Oftolmoloqun qəbulu

19-20 dekabr tarixlərində İsraildən dəvət olunmuş professor həkim oftolmoloq Frenkel Shahar-ın müayinəsi “Health Baku Medical Center” Klinikasında həyata keçiriləcək.

...
17 Dec 2014
Ürək çatışmazlığı və onun simptomları

Ürək orqanizmdə nasos funksiyasını yerinə yetirir. Ürək qanın orqanizm boyu dövr etməsini təmin edir.

Qan orqanizmin fəaliyyəti və yaşaması üçün lazım olan oksigen və qidalı maddələri orqan və sistemlərə çatdırır. Ürəyin nasos funksiyası pozulduqda ürək çatışmazlığı inkişaf edir.

Ürək çatışmazlığı xroniki və ya kəskin ola bilər.

Xroniki ürək çatışmazlığı ürək-damar sistemi xəstəliklərin nəticəsində uzun müddət ərzində inkişaf edir.

Kəskin ürək çatışmazlığı qəflətən inkişaf edir. Az bir müddət ərzində xəstədə təngnəfəslik artır, nəfəsalma tezləşmiş, fışıltılı olur, arterial təzyiq kəskin artır, dəri göyərir, dodaqlarda çəhrayı köpük əmələ gələ bilər. Bu vəziyyət  insanın həyatı üçün çox ciddi təhlükə yaradır. Xəstə dərhal reanimasiyaya yerləşdirilməlidir.

K...

17 Dec 2014
Qocalma Prosesi

İnsanda qocalma prosesi 50 yaşdan sonra deyil, bir qədər əvvəl başlayır., alimlərin son araşdırmaları bunu deməyə əsas verir.

 

Araşdırmada yüzlərlə könüllü iştirak edib. Bütün iştirakçılar xüsusi neyropsixoloji testlərdən keçiblər. Nəticələr alimlərin əvvəlcədən güman etdikləri kimi olmayıb. Qocalıqla cavanlıq arasındakı sərhəd 38-40 yaşlar arasında olub. Bu nəticə bir çox tədqiqatçıları heyrətləndirib. Axı əvvəllər hesab olunurdu ki, qocalıq 50 yaşdan sonra başlayır.

 

Məhz 39 yaşdan sonra insanda geriləmə prosesləri başlayır. İnsanın səhhəti və əsəbləri zəifləyir. Belə effekt bədəndə qocalmaq prosesinə start verir. Dəyişiklik cinsiyyətindən asılı olmayaraq, bütün insanlarda eyni yaşda baş verir. Nə qədər kədərli olsa da, kişilər və qadınlar 39 yaşdan sonra qocalmağa başlayırlar.

 

Belə bir prosesin başlamasından sonra yaddaş...

08 Dec 2014
Yaşıl çayın orqanizmə və dişlərə təsiri.

Bir çox internet mənbələrində yaşıl çayın sağlamlığa faydaları haqqında məlumatlarla rastlaşırıq.
İnsanın möhkəm və uzunömürlü olmasına təsirli olan bu çay antioksidant xüsusiyyətləri ilə digər çaylardan fərqlənir.
Yeditepe Universiteti əczaçılıq fakültəsi bildirib ki, yaşıl çay uzaq şərqdə həm içki, həm də dərman kimi istifadə edilib.
Onuda qeyd etmək lazımdır ki, müalicəvi xüsusiyyətləri ilə insan orqanizmini zərərli maddələrdən təmizləyir və immun sisteminin güclü olmasına kömək edir.
Onkoloji xəstəliklərin müalicəsində dərman kimi istifadə oluna bilər.
Yaponiyada 49 ilə 59 yaşları arasında 940 insan üzərində aparılan araşdırmaya görə bu çay diş əti xəstəliklərinə təsirlidir.
Tədqiqatçıların fikrincə bunu köməkliyi ilə orqanizmdə intoksikasiya səviyyəsini belə azaltmaq olur.
Məlumatda oda bildirilir k...

02 Dec 2014
Şəkərli diabetlə bağlı bəzi yanılmalar

Şəkərli diabet bütün dünyada ən çox yayılmış xəstəliklərdən biridir. İldən ilə bu xəstəlikdən əziyyət çəkən insanların sayı artır.

Həkimlər tez-tez deyir ki, şəkərli diabet xəstəlik deyil, həyat tərzidir. Bu nə deməkdir? Məsələ burasındadır ki, şəkərli diabet xəstəsi qanda şəkərin səviyyəsini normada saxladıqda (bu işdə insana müəyyən müalicə, pəhriz, idman məşğələləri və s. kömək edir), adi sağlam insan kimi yaşaya bilər. Yəni şəkərli diabet bu insanın sağlamlığına heç bir ciddi ziyan vurmayacaq.

Əksinə isə insanın qanında şəkərin səviyyəsi daim normadan yüksək olduqda bu bir çox təhlükəli və geriyədönməz pozulmalara səbəb olur. Belə ki, bu qrup xəstələrdə infarkt və insult kimi ağır pozulmaların riski sağlam insanlarla müqayisədə bir neçə dəfə artmış olur. Bundan əlavə belə xəstələrdə korluq ("diabetik retinopatiya"), ayaq barmaqların və ayaq...

01 Dec 2014
Qış fəslində dəriyə qulluq

Hər bir qadın üz dərisini cavan və sağlam görmək istəyir. Qışda bu daha problemli olur ki, üz dərimiz daim isti və soyuq, quru və nəm havanın növbələşməsinə məruz qalır.

Nəticədə dərimiz stres vəziyyətinə düşür. Onun müdafiə funksiyaları azalır, dəri qabıq verir, üzərində genişlənmiş kapilyarlar toru, ləkələr əmələ gəlir.

Bu səbəbdən üz dərimizin məhz qış fəslində müdafiəyəyə və reabilitasiyaya daha çox ehtiyacı var.

Tanınmış kosmetik şirkətlər qış fəsli üçün xüsusi məhsullar buraxır. Bu məhsulların üzərində "qoruyucu" ("защитный") və "qış üçün" ("зимний") qeydləri olur. Bundan əlavə kosmetik vasitənin məhz hansı dəri tipi üçün (quru, yağlı, normal) nəzərdə tutulması haqqında olan qeydinə də mütləq fikir vermək lazımdır. Qışda dərimiz tez-tez quruyur. Lakin dərisi yağlı olan ...

01 Dec 2014
Qalxanvari vəzi fəaliyyətinin artması və onun simptomları

Qalxanvari vəzi fəaliyyətinin artması tibbdə "tireotoksikoz" və ya "hipertireoz" adlandırılır.

Tireotoksikoz zamanı qalxavari vəzi orqanizmin normal fəaliyyəti üçün lazım olandan artıq miqdarlarda hormonları ifraz edir. Qalxanvari vəzi hormonları orqanizmdə gedən bir çox proseslərdə iştirak edir və bu səbəbdən vəzinin fəaliyyətində olan dəyişikliklər, təbii ki, orqanizmin bir çox orqan və sistemlərində pozulmalar yaradır.

Tireotoksikoz bu kimi əlamətlərlə özünü büruzə verir:

- Ürək döyüntüsünün tezləşməsi və arterial təzyiqin artması. Bir çox hallarda insan ürəyin qəfildən "dayanmasını", ürəyin gah tez-tez gah da yavaş-yavaş döyünməsini hiss edir. Ürək fəaliyyətində olan pozulmaları insan özü təyin edə bilər. Bunun üçün biləyinizdə nəbz tapın və 1 dəqiqə ərzində nəbzinizə diqqətlə nəzarət edin.

<...
25 Nov 2014
Özümüzü soyuqdəymədən xilas edək

Soyuq payız və qış aylarında soyuqdəymə halları olduqca çoxalır. Bəzi çox sadə üsullarla biz özümüzü bu problemdən xilas edə bilərik. Bu üsulların arasında:

1. Soğan və sarımsaq. Bu tərəvəzlər "fitonsidlər" adlandırılan maddələrlə zəngindir. Bu maddələr çox güclü mikrob və virus əleyhinə təsirə malikdir. Çiy soğan və sarımsağı hər gün kiçik miqdarlarda olsa da qəbul etmək lazımdır. Sarımsağın "pis" iyindən özünü qorumaq üçün onu bəzən çeynəmək yox, doğrayıb udmaq məsləhət verirlər. Lakin bu düzgün deyil. Soğan və sarımsağın şirəsi ağız boşluğunun selikli qişalarına düşməlidir. Bir çox viruslar və mikroblar hava-damcı yolu ilə yayılır və bizim burnumuz və ağız boşluğumuz onlar üçün "giriş qapı" funksiyasını yerinə yetirir. Sarımsaq və soğan şirəsi isə selikli qişalarda etibarlı m...

24 Nov 2014
Ebola virusu. Qorxmaq lazımdırmı?

Ilk dəfə bu virus 1976-cı ilində Afrika ölkələrində qeyd olunub. Virusun adı Ebola çayı sahillərində yaşayan insanlar arasında tapılması ilə bağlıdır.

Ebola virisu tropik meşələrin yanında yerləşən Afrika ölkələrində yayılır.

Hal hazırda bu virusun növbəti canlanması Afrikada qeyd olunub. Artıq virus 1 min insanın həyatına son qoyub. Virusun yayılması davam edir. Hal hazırda virus Qvineya, Syerra-Lione və Liberiya ölkələrində şiddət edir.

Ümumdünya Səhiyyə təşkilatı virusla ciddi mübarizə edir - Afrikaya mütəxəssislər, dərmanlar, humanitar yardım və s. göndərilir.

Virus insanlara vəhşi heyvanlardan (adətən donuzlardan, meymunlardan, yarasalardan) onların qanı, orqanları, ifrazatları ilə təmasda olduqda keçir və daha sonra insanlar arasında yayılır.

Sağlam insanın selikli qişalarına və zədələnmiş dəriyə xəstənin qanı, ifrazatları, tüpürcəyi, sperması düşdükdə viru...

20 Nov 2014
1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı bir sıra tədbirlər keçirilir

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi 22-29 noyabr 2013-cü il tarixlərində Avropanın bütün ölkələrində ilk dəfə keçiriləcək “İİV müayinəsi ilə bağlı Avropa həftəliyi”nə qoşulub.

 

ÜST-nin Avropa məkanında bütün dövlətlərini əhatə edəcək bu tədbir çərçivəsində və 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı Respublika QİÇS-lə Mübarizə Mərkəzi Gənclər və idman Nazirliyi ilə birgə Bakı və regionlarda İİV -lə mübarizəyə dair silsilə profilaktik-maarifləndirmə tədbirlərin keçirilməsini planlaşdırır. Ölkənin bir sıra ali və orta tədris müəssisələrində, ticarət, ictimai nəqliyyat və digər obyektlərində keçirilən aksiyalarda arzu edənlər İİV-lə bağlı testdən keçirilir. Əhaliyə İİV/QİÇS-in profilaktikası, sağlam...

20 Nov 2014
İnsulini sprey əvəz edəcək

Hər gün bir neçə dəfə insulin iynəsi vurdurmaq məcburiyyətində qalan şəkər xəstələri rahat bir nəfəs alacaqlar.  2015-ci ildə bazara gətiriləcək olan sprey insulin, daha tez qana qarışıb bədəndən daha sürətli çıxacaq.

Dərman sənayesinin nəhəng şirkətlərindən Fransadakı “Sanofi” ilə ABŞ-dakı “MannKind” firması arasında imzalanan bir razılaşma dünyadakı milyonlarla şəkər xəstəsinin diqqətlərini özünə çəkib. İki şirkət tənəffüs yolu ilə alınan bir insulin dərmanını bazara çıxarmaq üçün bütün hazırlıqları tamamlayıb. Mütəxəssislər hər gün bir neçə dəfə insulin iynəsi vurdurtmaq məcburiyyətində qalan şəkər xəstələrinin Afrezza adlı dərman sayəsində rahat bir nəfəs ala biləcəyini söyləyirlər.

Tip 1 və Tip 2 diabet xəstələrinin istifadəsinə təqdim ediləcək Afrezza dərmanları kimi kiçik və daşınması asandır. Üstə...

08 Nov 2014
Xərçəng əleyhinə bakteriya tapıldı

Xərçəng xəstəliyinin qarşısını alan bakteriyanın tapılması tibb elmində geniş müzakirələrə səbəb olub. 
TİME” jurnalı siçan və itlər üzərində aparılan araşdırmanın uğurlu nəticəsi haqqında məlumat dərc edib. Bildirilir ki, oksigen qəbul etməyən Clostridium növlü bakteriya xərçəng şişini kiçildir və böyüməsinin qarşısını alır.
Siçanlarla aparılan araşdırmanı 16 itin üzərində bir daha sınaqdan keçiriblər. İtlərin bəzisində şiş yox olub, bir qrupunda isə 21 günün içində 30 faiz kiçilib. Bu təcrübə artıq insanlara da şamil edilir. 2 il ərzində 53 yaşlı bir qadının xərçəng şişi də inanılmaz dərəcədə əriyib

...
08 Nov 2014
Oftalmoloji xidmət keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

Azərbaycanda oftalmoloji xidmət inkişaf etmiş ölkələrin texnologiyasını tətbiq etməklə keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Əhalinin sağlamlığının möhkəmləndirilməsi üçün oftalmoloji xidmətlər yaxşılaşdırılıb. Müasir texnologiyalar sayəsində həm müayinə, həm də müalicə üsulları təkmilləşib. Milli oftalmologiya sahəsində bütün texniki yeniliklərin tətbiqi nəticəsində müalicə prosesinin dünya oftalmologiyasında qəbul olunmuş səviyyəyə yüksəldilməsinə şərait yaranıb. Daha dəqiq diaqnoz, daha incə əməliyyatlar və daha qısa sağalma dövrü olan kiçik kəsikdən, həmçinin əvvəllər ölkəmizdə aparılması mümkün olmayan əməliyyatlar aparılır. Həmvətənlərimizə yüksək ixtisaslı oftalmoloji yardım üçün digər ölkələrə getməyə ehtiyac qalmayıb. Tibb elminin nailiyyətlərinin qısa zamanda təcrübədə tətbiq edilməsi respublikanın əhalisi arasın...